Bizi niyə seçməlisiniz?

Şirkətimiz Almaniyanın 148 illik MAURER, ABŞ-ın 55 illik KİNEMETRİCS, Almaniyanın 70 illik NOE, Almaniyanın 160 illik DYWIDAG şirkəti və Koreyanın 37 illik SHİNDO şirkətlərinin Azərbaycandakı rəsmi və yeganə təmsilcisidir.

01

Uzunmüddətli təcrübə

Nümayəndəsi olduğumuz şirkətlərin uzun illərə dayanan təcrübəsinə əsasən layihələr üçün ən ideal həll yolunu təklif edirik.

02

Daimi dəstək

Bütün layihələrimiz üçün mütəmadi texniki qulluq göstəririk.

03

Peşəkar mütəxəssislər

Nümayəndəsi olduğumuz şirkətlər sahəsinin peşəkar mütəxəssisləri ilə layihələr üçün ən ideal həll yollarını təklif etməkdədirlər.

04

Peşəkarlıq

Peşəkarlığımız, sahəmizdə uzun illərə dayanan təcrübəmizə əsaslanır.

05

Təhlükəsizlik

Təklif etdiyimiz həll yolları ilə bütün konstruksiyaların təhlükəsizliyi maksimum təmin edilir.

06

Keyfiyyət uyğunluğu

Nümayəndəsi olduğumuz şirkətlər öz sahələrində onlarla fərqli patentə sahibdir. Məhsullarımız dünya standartlarına cavab verməkdədir.

ESDESCON

Tikinti materialları

Layihələriniz üçün seçilmiş, dayanıqlı və sertifikatlı məhsullar.

Haqqımızda

maurer photo
kinemetrics photo
dywidag photo
noe photo
shindo photo

ESDESCON MMC 2018-ci ildə təsis edilmişdir.

Şirkətimiz Almaniyanın 148 illik MAURER, ABŞ-ın 55 illik KİNEMETRİCS, Almaniyanın 160 illik DYWIDAG, Almaniyanın 70 illik NOE və Koreyanın 37 illik SHİNDO şirkətlərinin Azərbaycandakı rəsmi təmsilçisidir.

Şirkətimizin əsas fəaliyyət sahələrindən biri bütün növ tikinti layihələrinin zəlzələyə qarşı qorumasını təmin etmək və həmən layihələr üçün seysmik izləmə sistemlərini qurmaqdır. Fərdi yaşayış evi, villa tipli layihələrə; məktəb, inzibati bina, ofis binası, xəstəxana tipli layihələrə; hündür binalar, qüllələr və bu tip digər konstruksiyalara (külək turbinləri, bayraq dirəkləri və s.) zəlzələyə qarşı qoruma sistemləri tətbiq edə bilirik.

Eyni zamanda adını sadaladığımız konstruksiyalara və onlara əlavə olaraq, su bəndləri, SES, İES, nüvə stansiyaları, strateji müəssisə və ya zavodlar üçün seysmik izləmə sistemləri də qururuq.

Fəaliyyət sahələrimizdən bir digəri isə konstruksiyaları daha təhlükəsiz, daha güclü və daha ağıllı konstruksiyalara çevirmək üçün lazım olan məhsul və xidmətləri təmin etməkdir. Bu çərçivədə geotexniki, beton-gərmə, asma tros, monitorinq və beton həlləri ilə bağlı fərqli məhsullar və müvafiq xidmətlər təmin edirik.

Fəaliyyət göstərdiyimiz digər sahələrdən biri də qəlib məhsulları sahəsidir. Bütün növ tikinti qəliblərinin, taxta tirlərin, qəlib dəstək məhsullarının və memari qəliblərin satışını edirik. Həmçinin yol-infrastruktur layihələri üçün də xüsusi məhsulların satışını edirik. Yol təhlükəsizlik məhsulları, təhlükəsizlik bariyerləri, zərbə söndürücülər və s. satışını edirik.

Nümayəndəsi olduğumuz şirkətlər, hər biri öz sahəsində köklü təcrübəyə malikdir. Bu şirkətlər olaraq dünyada 10-dan çox ölkədə zavodlarımız faəliyyət göstərir. Yüzlərlə mühəndis və texniki işçi heyətimiz ilə ən uyğun mühəndislik həllərini təklif edə bilir və müvafiq məhsulları istehsal edərək sistemi qura bilirik.

ESDESCON MMC-nin təsisçisi və direktoru Səfər Eyvazovdur. Səfər Eyvazov tikinti sahəsində təhsili ilə yanaşı tikinti sektorunda 19 illik təcrübəyə malikdir. Bu illər ərzində layihə rəhbəri, baş layihə meneceri və s. kimi vəzifələrdə fəaliyyət göstərib və hal-hazırda da fəaliyyətini davam etdirməkdədir. Ölkəmizdə bir sıra xüsusi layihələrin Baş Podratçılarının layihə meneceri vəzifəsini icra edib. Misal olaraq, Property Tower (2022-ci ildə açılışı olub, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dovlət Xidmətinin yeni inzibati binasıdır, 130 metr hündürlüyü, 33 mərtəbəsi var), Baku Tower (277 metr hündürlüyündə, 52 mərtəbə olmaqla Qafqazın ən hündür binasıdır,) və s. Səfər Eyvazov eyni zamanda CTBUH (Council on Tall Buildings and Urban Habitat) təşkilatının üzvüdür.

Dünya üzrə fəaliyyətimiz

Esdescon MMC olaraq biz Almaniyadan Maurer, DYWIDAG və NOE, ABŞ-dan Kinemetrics, Cənubi Koreya-dan SHİNDO şirkətlərinin nümayəndəsi olduğumuzu qeyd etməkdən qürur duyuruq. Dünya miqyasında gördüyümüz işlər bu sektorda peşəkar olduğumuzu əsaslı şəkildə sübut edir.

works image
Almaniya
Kanada
Birləşmiş Ərəb Əmirlikləri
Türkiyə
Amerika Birləşmiş Ştatları
Tailand
Avstriya
Peru
Çili
Meksika
Fransa
Rusiya
Vyetnam
Azərbaycan

Layihələrimiz

LAYİHƏLƏRİMİZDƏ
TƏTBİQ ETDİYİMİZ
MÜHƏNDİSLİK HƏLLƏRİ

ESDESCON olaraq seysmik qoruma, konstruktiv dayanıqlıq və infrastruktur layihələri üçün beynəlxalq standartlara uyğun texnologiyalar təqdim edirik.

Əməkdaşlıq etdiyimiz şirkətlər

Media

Hamsına bax
29.06.2026

Konstruksiyalarda seysmik monitorinq sistemləri

Seysmik monitorinq sistemləri zəlzələlərin təsirlərini izləmək və qiymətləndirmək üçün istifadə edilən texnologiyalardır. Bu sistemlər zəlzələlər zamanı və sonrasında konstruksiyaların davranışını analiz edərək, onların təhlükəsizliyini və dayanıqlığını təmin edir. Seysmik monitorinq sistemləri, binalardan körpülərə qədər müxtəlif konstruksiyalarda mühüm rol oynayır. Bu məqalədə, seysmik monitorinq sistemlərinin konstruksiyalar üçün önəmini müzakirə edəcəyik.

Konstruksiyalarda seysmik monitorinq sistemləri esedscon blog photo
29.06.2026

Körpülərdə genəldici bəndlər və dayaqlar

Körpülər, müasir infrastrukturun vacib elementlərindən biridir. Onlar yolları, dəmir yollarını və digər nəqliyyat yollarını birləşdirir və iqtisadi və sosial həyatı dəstəkləyir. Körpülərin inşaatında istifadə edilən texnologiyalar və materiallar, onların uzun müddətli davamlılığını və təhlükəsizliyini təmin edir. Bu məqalədə körpülərdə istifadə edilən genəldici bəndlərin (expansion joint) və dayaqların (elastomer or bearing) faydalarını müzakirə edəcəyik. Genəldici Bəndlərin (Expansion Joint) Faydaları Genəldici bəndlər, körpülərin istilik genişlənməsi və daralması, yer hərəkətləri və dinamik yük dəyişiklikləri kimi faktorlardan qorunmasını təmin edən mühüm komponentlərdir. Onlar körpülərin dayanıqlığını və təhlükəsizliyini artırır. 1. Termal Genişlənmə və Daralmaya Qarşı Qoruma: Körpülər, gün ərzində və müxtəlif fəsillərdə temperaturun dəyişməsinə məruz qalır. Bu dəyişikliklər körpü strukturlarının genişlənməsinə və daralmasına səbəb olur. Genəldici bəndlər, bu genişlənmə və daralmanın təsirini azaldaraq, körpünün struktur zədələnməsinin qarşısını alır. 2. Vibrasiya və Zərbələrin Azaldılması: Genəldici bəndlər, nəqliyyat vasitələrinin hərəkəti nəticəsində yaranan vibrasiya və zərbələri udur. Bu, körpünün uzun ömürlülüyünü artırır və istifadəçilər üçün daha rahat və təhlükəsiz keçid təmin edir. 3. Struktur Deformasiya və Yüklənmənin Qarşısını Almaq: Körpülərin müxtəlif bölmələri arasında struktur deformasiya və yüklənmələr meydana gələ bilər. Genəldici bəndlər bu yüklənmələrin bərabər paylanmasını təmin edir və strukturun bütövlüyünü qoruyur. Dayaqların (Elastomer or Bearing) Faydaları Dayaqlar (elastomer or bearing), körpülərin yüklərinin bərabər paylanmasını və dinamik hərəkətlərin udulmasını təmin edən vacib komponentlərdir. Onlar körpülərin dayanıqlığını və funksionallığını artırır. 1. Yüklərin Bərabər Paylanması: Dayaqlar, körpü gövdəsinin yüklərini bərabər paylayaraq, strukturun aşırı yüklənməsinin qarşısını alır. Bu, körpünün uzun ömürlülüyünü və dayanıqlığını təmin edir. 2. Hərəkət Azadlığı: Elastomer dayaqlar, körpünün hərəkət azadlığını təmin edərək, istilik genişlənməsi, yer hərəkətləri və dinamik yüklərin təsirini azaldır. Bu, körpünün stabil fəaliyyətini təmin edir. 3. Sarsıntıların Udulması: Elastomer dayaqlar, zəlzələ və nəqliyyat vasitələrinin hərəkəti nəticəsində yaranan sarsıntıları udur. Bu, körpünün zədələnməsinin qarşısını alır və istifadəçilərin təhlükəsizliyini artırır. 4. Texniki Baxımın Asanlaşdırılması: Elastomer dayaqlar, körpülərin texniki baxımını asanlaşdırır. Onlar asanlıqla dəyişdirilə bilər və müntəzəm baxım ilə uzun ömürlülüyü artırıla bilər.

Körpülərdə  genəldici bəndlər və dayaqlar esedscon blog photo